
"Barselona" bu futbolçu ilə müqaviləni uzatmaq istəyir
- 22 Noy 2022 13:46
- 371
"Barselona" Alexandro Balde ilə müqavilə müddətini uzatmaq istəyir.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi ona yeni müqavilə təklif edib.
Baldenin "Barsa" ilə hazırkı müqavilə müddəti 2024-cü ildə başa çatacaq.
Klub ispaniyalı futbolçu ilə 500 milyon avroluq sərbəstqalma müddəası ilə müqavilə müddətini uzadacaq.
19 yaşlı futbolçu 2021-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir.