AFFA Hakimlər Komitəsinin türkiyəli sədri Barış Şimşəyin bu yay hakimlərin Türkiyə toplanışını təşkil etməklə bağlı planının olduğu haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan son məlumata görə, türkiyəli bu istəyində israrlı olsa da, hələlik AFFA-dan müsbət cavab ala bilməyib.

Çünki federasiya toplanışla bağlı qərar verməli və vəsait ayırmalıdır. Ölkə kubokunun final matçından sonra bu məsələyə tam olaraq aydınlıq gələcək. Çünki Şimək federasiyanın baş katibi Sərxan Hacıyevlə görüşüb ondan konkret cavab alacaq.