
Barış Şimşək AFFA rəhbərliyindən narazıdır
- 06 Fev 2023 15:00
- 540
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək AFFA rəhbərliyindən narazıdır.
AFFA-ya yaxın mənbədən Rekord.az-a ötürülən məlumata görə, türkiyəli mütəxəssis federasiyanın hakimlərə olan diqqətindən narazıdır.
Hakimlərə yeni geyim dəstləri alınmayıb, ölkə xaricində təlim-məşq toplanışı keçmələri təmin edilməyib. Halbuki bununla bağıə Şimşəyə söz verilmişdi. Lakin AFFA-nın baş katibi Sərxan Hacıyev rəhbərlik tərəfindən maliyyə ayırılmadığını əsas gətirərək hakimlərin ölkə xaricinə yollanmasının baş tutmayacağını açıqlayıb. Şimşək də öz növbəsində hazırlıqsız hakimlərin çempionatda səhvlər edəcəyinin qaçılmaz olduğunu baş katibin diqqətinə çatdırıb.