
Baqanı dilxor edən daha bir məsələ
- 10 Sen 2022 14:00
- 519
Geridə qalan beş turda qələbə və qola həsrət qalan "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa hələ ki, postundadır və işinə davam edir.
Lakin Rekord.az xəbər verir ki, belaruslu mütəxəssis çox dilxordu.
Tək ona görə yox ki, alınan 9 legionerin hamısı keyfiyyətsiz çıxıb. Məsələ burasındadır ki, transferlər üçün ayırılan büdcə də bitib və "Sumqayıt" ən azı qışa kimi hazırklı legionerlərlə yola davam etməlidir. Onlar qarşıdakı turlarda da bu cür oynasalar, qışa kimi Sumqayıt təmsilçisi turnir cədvlənin zirzəmisinə yuvarlana bilər. Baqanı da məhz bu narahat edir. Çünki qeyd etdiyimiz kimi, yanvara qədər yeni futbolçu almaq mümkün olmayacaq.