
Baqa niyə istefa vermək istəmir?
- 07 Sen 2022 13:00
- 632
Aleksey Baqa “Sumqayıt”dakı durumundan narazıdır.
Rekord.az xəbər verir ki, transfer olunan yeni futbolçuların, xüsusilə də legioner futbolçuların hazırlıq səviyyəsi çox aşağıdır, belaruslu mütəxəssisi qane eləmir.
İş də orasındadır ki, həmin bu transferləri o yox, klub prezidenti Riad Rəfiyev transfer edib. Daha doğrusu, Baqa lazımı mövqelərə lazımı oyunçuların alınmasını bildirib, Rəfiyev də həmin mövqeyə futbolçular tapıb gətirib. Lakin indi məlum olur ki, klub prezidetinin gətirdiyi futbolçular işə yaramır.