
Balayevin komandası böyük hesabla uduzdu
- 04 Apr 2022 21:00
- 531
Futbol üzrə Qazaxıstan çempionatında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - “Turan” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tobol”la üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri darmadağına seviniblər – 3:0.
Emil bu görüşün iştirakçısı olmayıb. Balayevin adı iştirak ərizəsinə də daxil edilməyib.
“Turan” 4 turdan sonra cəmi 1 xalla 14 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.