Bakıda keçiriləcək DÇ-yə qatılacaq bütün ölkələr məlum oldu
- 12:40
- 34
Bakıda keçiriləcək çövkən üzrə Dünya Çempionatında iştirak edəcək bütün ölkələr məlumdur.
Rekord.az xəbər verir ki, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb.
Son olaraq xüsusi dəvətlə çempionata Küveyt qatılacaq.
Xatırladaq ki, iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa və Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.