Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək.


Rekord.az xəbər verir ki, iyulun 4-də startı veriləcək yarışda 41 klub və idman cəmiyyətlərindən olan 222 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, cari ildə kişilər arasında Liqa yarışının II turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.