
Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb
- 08 İyl 2025 23:00
- 36
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində beynəlxalq təlim-məşq toplanışına start verilib.
Rekord.az xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Avstriya, Xorvatiya, Monteneqro və Almaniyadan ümumilikdə 70-dək cüdoçu qatılıb.
Toplanışın məqsədi idmançıların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı beynəlxalq turnirlərə daha yaxşı şəkildə hazırlaşmaqdan ibarətdir.