
Bakıda bağlanmış yollar açılır, beton bloklar götürülür
- 13 İyn 2022 19:33
- 467
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.
Rekord.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.
Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək.
Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
BŞH bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.