
Bakıda ACF Kuboku keçiriləcək
- 15 İyl 2025 18:00
- 41
Azərbaycanın 14 yaşadək yeniyetmə cüdoçuları arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Rekord.az xəbər verir ki, yarışda 27 klub və idman cəmiyyətindən 161 cüdoçu (137 oğlan, 24 qız) ümumilikdə 15 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.