Mayın 1-2-də atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək.


Bu barədə Rekord.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.


Turnir qurumla Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.


Azərbaycan İdman Akademiyasının stadionunda və federasiyanın atma növləri üzrə bazasında keçiriləcək yarışda 2011-2012 təvəllüdlü idmançılar mübarizə aparacaqlar.