«Bakı»nın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasının söküntüsü davam edir.

Rekord.az xəbər verir ki, bu iş Türkiyə şirkəti tərəfindən həyata keçirilir.

Sportinfo.az-ın məlumatına görə, hazırda sözügedən məkanda qeyri-rəsmi şəkildə bazar fəaliyyət göstərir. Belə ki, paytaxtın ən böyük infrastruktura malik futbol kompleksinin avadanlııq və əşyaları satışa çıxarılıb.

Bura təbii və süni qazonla yanaşı, beton, dəmir, kafel-metlax, həmçinin fəaliyyətini dayandıran klubun istifadəsində olmuş inventar daxildir.