"Region Liqası"nda Mingəçeviri təmsil edən "Energetik" komandası növbəti dəfə “Azərenerji”dən üzücü xəbər alıb.

Rekord.az xəbər verir ki, komanda üzvləri heç olmasa cüzi maaş verilməsi üçün sözügedən şirkətə müraciət etmişdilər.

Lakin şirkətdən cavab gəlib ki, futbolçulara maaş verə bilməyəcəklər.

Həqiqətən çox gülməlidir. “Azərenerji” kimi nəhəng şirkətdə hər futbolçuya heç olmasa 300 manat maaş verməyə imkan yoxdur?