
Azərbaycanlı referi FIBA yarışlarında sonuncu dəfə hakimlik edəcək
- 15:40
- 35
Azərbaycanın basketbol hakimi Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda bu gün ədalət təmsilçisi kimi son oyununa çıxacaq.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
O, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşü idarə edəcək.
Sloveniya - İtaliya qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.