
Azərbaycanlı məşqçi Macarıstana kursa gedəcək
- 19:00
- 45
Azərbaycan Basketbol Federasiyasının UGBL U-13 liqasında fəaliyyət göstərən məşqçisi İlham Ağayev Macarıstan İdman Elmləri Universitetində keçiriləcək Beynəlxalq Məşqçilik Kursuna (ICC) qəbul olunub.
Bu barədə Rekord.az-a Basketbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Proqram Beynəlxalq Olimpiya Komitəsinin "Olympic Solidarity" dəstəyi ilə həyata keçirilir. Məşqçi 8 həftəlik kurs ərzində beynəlxalq təcrübə qazanaraq ölkə basketbolunun inkişafına töhfə verəcək.
Bir müddət əvvəl eyni kursa Azərbaycanı təmsil edən ilk məşqçi olaraq Ləman İbrahimova qəbul olunmuşdu. Artıq hər iki məşqçi birlikdə Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.