Azərbaycan cüdosuna itki üz verib.

Rekord.az xəbər verir ki, yanvarın 12-də Bakı şəhəri 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo üzrə baş məşqçisi Rüfət Süleymanov vəfat edib.

O, 25 sentyabr 1983-cü ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2004-2012-ci illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo məşqçisi kimi fəaliyyət göstərib. Süleymanovun tələbələri Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar.

Allah rəhmət eləsin!