Azərbaycan millisinin və “Zirə”nin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubuna transfer olunub.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Hüseynov “Zirə”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Geridə qalan mövsümdə isə Cəlal icarə əsasında “Şamaxı”nın uğurları üçün çalışıb. Müdafiəçi Azərbaycan milli komandasında 5 oyuna çıxıb.

“Arda” Bolqarıstan çempionatında geridə qalan mövsümünü 16 komanda arasında 8-ci pillədə başa vurub.