
Azərbaycanın daha bir komandasından Avropa Kubokuna uğursuz start
- 16 Okt 2025 23:48
- 39
Azərbaycanın daha bir basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, "Abşeron Lions" klubu Estoniya təmsilçisi "Kalev"i qəbul edib.
Bakı İdman Sarayında keçirilən matç rəqibin 93:85 hesablı qələbəsi ilə bitib.
I qrupunun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.