Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdə keçirilən "Skistar Winter Games" beynəlxalq yarışında iştirak edib.


Rekord.az xəbər verir ki, xizəkçi yarışın slalom növündə mübarizə aparıb.


U-14 yaş kateqoriyası üzrə yarışan Ş.Akselsson 4-cü pilləni tutub.


Qeyd edək ki, turnirdə 12 ölkədən 80 idmançı mübarizə aparıb.