Azərbaycanın 7 boksçusu beynəlxalq turnirin qalibi oldu
- 14 Noy 2022 16:30
- 412
Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.
Rekord.az xəbər verir ki, yarışın sonuncu – final günündə milli komandanın 7 boksçusu rinqə çıxıb.
Boksçuların hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Finalda Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub edərək çempion tituluna yiyələnib.
Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan milli turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığma bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.
Millinin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar.