Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb. 

Rekord.az xəbər verir ki, Boks Mərkəzində 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub.

6 çəkidə 1/4, 2 çəkidə 1/2 final mərhələsinə yüksələn boksçuların adları bəlli olub. İlk gündə rinqə çıxan Azərbaycan millisinin üzvlərindən 5-i çıxışını qələbə ilə bitirib.

Turnirin ikinci günündə 19 görüş keçiriləcək. Döyüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, aprelin 1-də yekunlaşacaq yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.

1/8 final
52 kq
Əli Xudaverdiyev (Azərbaycan) – Həsrət Mehdiyev (Azərbaycan) – 5:0
Faiq Mollayev (Azərbaycan) – Muhammed Aliyev (Rusiya) – 4:1
Erlan Yerqeşov (Qırğızıstan) – Daniyar Akbısenov (Qazaxıstan) – 1:4

54 kq
Raul Əsədullayev (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5

57 kq
Yeslam Tahirov (Qazaxıstan) – Zviad Tçotçua (Gürcüstan) – 1:4

60 kq
Firuzcon Sadullayev (Özbəkistan) – Canaslan Temirbiyev (Rusiya) – 5:0

63 kq
Abbasqulu Şadlinski (Azərbaycan) – Həsən Tağızadə (Azərbaycan) – 5:0

66 kq
Elnur Abdullayev (Gürcüstan) – Zuxuruddin Abdulloyev (Tacikistan) – birinci tam üstünlüklə qalib gəlib
Husanboy Rustamjonov (Özbəkistan) – Bekaris Nurmuxan (Qazaxıstan) – 2:3

1/4 final
46 kq
Əli Baxışov (Azərbaycan) – Behruz Kurbonov (Özbəkistan) – birinci döyüşə gəlməyib
Sergey Zayats (Belarus) – Ucal Musayev (Azərbaycan) – 2:3
Yasur Uulu Taalaybek (Qırğızıstan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5
Andrey Kotusov (Rusiya) – Fərid İsmayılzadə (Azərbaycan) – 5:0

50 kq
Ramazan Orinbassar (Qazaxıstan) – Buzurqmehr İksanov (Tacikistan) – 3:2
Arseni Jiltsov (Rusiya) – Arif Məcidov (Azərbaycan) – 5:0
Şohjaxon Qahramanov (Özbəkistan) – Bağır Əmirxanlı (Azərbaycan) – 5:0