Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi
- 24 Noy 2025 23:00
- 28
Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
55 kq-da Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.
Tağı Nəsibov (60 kq) da ilk döyüşündən qalib ayrılıb. Təmsilçimiz 1/8 finalda Yakub Krzpyetdən (Polşa) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28). O, növbəti görüşündə Qavin Ryanla (İrlandiya) üz-üzə gələcək.
Nəsibov yarımfinal uğrunda sabah, Məmmədzadə noyabrın 26-da rinqə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 29-da başa çatacaq.