
Azərbaycanı DÇ-də 6 boksçu təmsil edəcək
- 07 Mar 2025 17:00
- 304
Azərbaycanı Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçiriləcək dünya çempionatında 6 idmançı təmsil edəcək.
Rekord.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.
Mundial martın 8-dən 16-dək keçiriləcək.
Yarışa bu gün yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.