
Azərbaycanı DÇ-də 15 cüdoçu təmsil edəcək
- 18:20
- 40
Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatında 15 yeniyetmə cüdoçu təmsil edəcək.
Rekord.az xəbər verir ki, 10 çəki dərəcəsində 8 oğlan, 7 qız idmançı qalib adı uğrunda mübarizə aparacaq.
Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə Anar Quliyev, Rza Xəlilli (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Məhəmməd Ağakişiyev (73 kq), və Sübhan Axundova (+90 kq) güvənəcək.
Amin Mehdiyev isə (81 kq) qarışıq komanda yarışlarında çıxış edəcək.
Yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov isə Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq) və Məsumə Məmmədliyə (70 kq) şans verəcək.
Qeyd edək ki, avqustun 27-dən 31-dək davam edəcək dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.