Azərbaycanda oynayan futbolçu Malayziya klubuna keçdi
- 20:00
- 36
“Araz-Naxçıvan”ın sabiq hücumçusu Ramon Maçadonun yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu Malayziyada çıxış edəcək.
O, bu ölkənin “Star Siti” klubu ilə 1 illik müqavilə imzalayıb. Xəbəri yüksək liqa təmsilçisinin rəsmi saytı yayıb.
Qeyd edək ki, Ramon Maçado Azərbaycanda "Neftçi" və "Qəbələ"də də çıxış edib.