
Azərbaycanda daha bir stadionun qazonu dəyişdiriləcək: PFL vaxt verdi
- 13:00
- 144
Yaxın zamanlareda Zaqatala Olimpiya İdman Kompleksinin də qazonu dəyişdiriləcək.
Rekord.az-a daxil olan məlumata görə, 2026-cı ildə istismar müddəti bitmiş hazırkı süni örtüklü qazon yenisi ilə əvəzlənəcək.
Artıq PFL də hazırkı örtüyün futbol oynamaq üçün yararlı olmadığını "Zaqatala" rəhbərliyinin diqqətinə çatdırıb. Belə qərara alınıb ki, AFFA-nın da dəstəyi ilə gələn il qazon yenilənsin.