Sovet dövründə tikilmiş bir sıra stadionlar dağılaraq məhv olmaq üzrədir.

Rekord.az-a daxil olan məlumata görə, Bərdə stadionu da bu stadionların sırasındadır.

İlk Azərbaycan çempionatında "Pambıqçı" burada ev oyunlarını keçirirdi. Daha sonra "ABN Bərdə" doğma arenanın imkanlarından yararlanıb. Təəssüf ki, uzun müddətdir Bərdədə futbolun olmaması stadionun durumuna da təsir edir. Saytımıza daxil olan son məlumata görə, 5 min tamaşamı tutumu olan arena hazırda çox bərbad durumdadır və orada heç divizion səviyyəsində də oyunlar keçirmək olmaz.