17 yaşadək futbolçulardan ibarət Azərbaycan çempionatında fantastik qol qeydə alınıb.

Rekord.az xəbər verir ki, "Turan Tovuz" - "Sabah" qarşılaşmasında qonaqların 0:1 hesabı ilə öndə olduqları matçda meydan sahibi komandanın qapıçısı Ümid Cəfərov hesabı bərabərləşdirib. O oyunun son dəqiqəsində 50 metrlik məsafədən rəqib qapısını dəqiq nişan alıb.

Qeyd edək ki, futbolçu keçən mövsüm də "Qarabağ"la matçda başla fərqlənərək yadda qalmışdı.