Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.


Rekord.az xəbər verir ki, komanda Ukrayna seçməsi ilə qarşılaşıb.


Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.


Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub - 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.