“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü oyununda Çexiyada "Nimburk"la qarşılaşıb.

Oyun meydan sahiblərinin 92:61 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Baxçaşəhər”inə (65:83) uduzub.