Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
- 24 İyl 2023 16:16
- 355
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa çempionatında iştirak edəcək heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, yığma 26 iyun – 3 avqust tarixlərində baş tutacaq yarışda 5 idmançı ilə təmsil olunacaq.
Kişilərdə Əli Şükürlü (109 kq) U-20, Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq) və Füqan Əliyev (81 kq) U-23 turnirində, qadınlarda isə Rahilə Hüseynzadə (87 kq) U-20-lərin yarışında mübarizə aparacaqlar.
Qitə birinciliyində 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək.