
Azərbaycan millisinə daha 2 oyunçu dəvət olundu
- 04 Okt 2022 22:45
- 443
Bakıda təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin heyətinə daha 2 futzalçı dəvət olunub.
Rekord.az xəbər verir ki, karyerasını Belçikanın “Beşiktaş Gent” klubunda davam etdirən Xətai Bağırov və İsa Atayev sabah komandanın hazırlığına qoşulacaq.
Azərbaycan millisi oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq. Bu matçdan 4 gün sonra komandamız Afinada Yunanıstan millisi ilə üz-üzə gələcək.