
Azərbaycan millisi İstanbula yola düşdü
- 10 Avq 2025 21:00
- 46
Azərbaycanın qızlardan ibarət U-16 millisi bu gün təlim-məşq toplanışı çərçivəsində Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Rekord.az xəbər verir ki, Ferhat Akcanın rəhbərlik etdiyi komanda 20-29 avqust tarixlərində İstanbulda baş tutacaq Avropa Çempionatının B divizionuna hazırlığın son mərhələsini bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları ilə yekunlaşdıracaq.
Hazırlıq prosesinə 18 avqustda yekun vurulacaq.