Azərbaycanın mini futbol üzrə milli komandasının 2022-ci il Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, yığma komanda B qrupunda Rumıniya, İspaniya və Albaniya ilə üz-üzə gələcək. Oyunlar 4-11 iyunda olacaq.

Püşkatma Slovakiyanın paytaxtı Bratislavada gerçəkləşib.