
Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi oldu
- 20:33
- 43
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda finalda Latviyaya (15:12) qalib gəlib.
1/4 finalda Çini üstələyən yığma (18:12), yarımfinalda Rumıniya təmsilçisi “Rapid” (21:15) üzərində qələbə qazanıb. Komandamız qrup mərhələsində Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.