Azərbaycan Texniki Universitetinin idman zalında 2013, 2014 və 2015-ci il təvəllüdlü qızlar arasında basketbol üzrə milli komandaya seçim turu baş tutub.


Rekord.az xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Evren Alkayanın rəhbərlik etdiyi seçimlərdə ümumilikdə 61 nəfər iştirak edib.


Onlardan 23 nəfər yığmaya seçilərək millinin məşqçilərinin nəzarətinə götürülüb.


Qurumdan bildirilib ki, belə seçim turları ölkə basketbolunda gənc istedadların üzə çıxarılması və gələcəkdə milli komandanın gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.