Azərbaycan milliləri təlim-məşq toplanışına başlayıblar
- 18:40
- 37
Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri yeni ilin ilk təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, hər 2 komanda hazırlığı Bakıda keçir.
Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.
Qeyd edək ki, hazırlıq martın 1-də yekunlaşacaq.