Azərbaycan kubokunun püşkü atılacaq
- 14:40
- 39
Fevralın 3-də futzal üzrə Azərbaycan kubokunun 2025-2026-ci il mövsümünün püşkü atılacaq.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında, saat 12:00-da başlayacaq. Tədbirə KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, 1/8 final mərhələsində 16 komanda – PFL, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Şuşa”, U-19, “Lənkəran”, “Baku Fire-2”, “STAR kargo”, “Yeni Suraxanı”, “Timsport”, “Xan-Lənkəran”, "Dəstə Ordubad”, “Trabzon Azərbaycan”, “Ulduz” və “Atletiko Baku” iştirak edəcəklər. Hər mərhələ bir görüşdən ibarət olacaq.