"Naxçıvan" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Komanda Şimali Makedoniyadan olan mütəxəssis Nikola Bojinoskiyə tapşırılıb. 41 yaşlı mütəxəssis son olaraq "Şkupi" klubunda çalışıb.


Təcrübəli məşqçi 2023/2024 mövsümündə "Sabah" klubunda da işləyib.