
Azərbaycan klubunda amerikalı basketbolçu
- 08 Sen 2025 17:40
- 43
NTD klubu ABŞ-dən olan basketbolçu ilə anlaşıb.
Bu barədə Rekord.az-a Bakı təmsilçisindən məlumat verilib.
Ladarius Marşall ilə 1 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçu daha əvvəl ABŞ-nin "Locked In Elite" klubunun şərəfini qoruyub.
O, 2024/2025 mövsümündə Qazaxıstan təmsilçisi "Kaspi"nin (Aktau) formasını geyinib.