Azərbaycan klubu daha bir amerikalı basketbolçu gətirdi
- 10 Sen 2025 16:00
- 149
NTD komandası ABŞ-dən olan daha bir basketbolçunu transfer edib.
Rekord.az xəbər verir ki, oyunqurucusu mövqeyində çıxış edən Andre Terell Makki heyətə cəlb olunub.
24 yaşlı basketbolçu mövsümün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.
NTD buna qədər Ladarius Marşalın və Kobud Montqomerinin transferlərini həyata keçirib.