Cari avrokubok mövsümündə "Qarabağ"ın çempionlar Liqasının birinci təsnifat mərhələsində rəqibi olacaq “Lex”i sizlərə tanıtmaq istəyirik.

Poznan təmsilçisinin əsası 1922-ci ildə qoyulub ki, bu il klub 100 yaşını qeyd edir.

8 qat Polşa çempionu ev oyunlarını 41609 azarkeş tutumuna malik “Stadion Poznan”da keçirir. Məşhur transfermarkt.com potalında qeyd olunanlara inansaq, “Lex”in futbolçularının ümumi transfer dəyəri 50 milyon avrodu. Komanda da orta yaş həddi 24,8-di. Heyətdə ən dəyərli futbolçu portuqaliyalı hücumameyilli Jao Amaraldı. 30 yaşlı portuqaliyanın transfer bazarında qiyməti 2,5 milyon avrodu. İsvəçrəli Jesper Karlströmün isə bazar qiyməti 2 milyon avro qiyməıtləndirilir.

1948-ci ildə debüt etdiyi Polşa çempionatında “Lex”ın hesabında 8 “qızıl” var. Komanda 5 dəfə Polşa Kubokuna, 6 dəfə isə Polşa Super Kubokuna yiyələnib. Klubun prezidenti Karol Klimçak, baş məşqçisi isə Matsey Skorjadı.

Ölkə çempionu avrokuboklardakı ən böyük uğurunu 2009 və 2011-ci illərdə əldə edib. Həmin vaxt Polşa təmsilçisi UEFA Avropa Liqasında 1/16 finaladək irəliləyib.
“Lex”in hazırkı heyətində azərbaycanlı futbolsevərlətrə tanış sima yer alıb. Söhbət "Qəbələ" və "İnter"in (hazırkı "Şamaxı") sabiq futbolçusu Nika Kvekveskiridən gedir. Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi 2015/2016 mövsümündə Bakı təmsilçisində, 2016/2017 mövsümündə isə "qırmızı-qaralar"da çıxış edib.
"Qarabağ" avrokuboklarda ilk dəfə "Lex"i ilə üz-üzə gələcək. Ancaq onu da bildirək ki, buna qədər də Azərbaycan təmsilçiləri Poznan klubu ilə qarşılaşıb. Son Polşa çempionu ilə avrokubok iştirakçılarımız 8 dəfə üz-üzə gəlib ki, həmin qarşılaşmalardan yalnız 1-də qalib gəlib. 1 matçda heç-heçə qeydə alınıbsa da, 6 oyunda polyaklar üstün olub.

2005/2006 mövsümündə Yevlax "Karvan"ı İntertoto Kubokunun birinci təsnifat mərhələsində bu komandaya rəqib olub. "Lex" Bakıda 2:1, Poznanda 2:0 hesabı ilə qalib gəlib.

2008/2009 mövsümündə "Xəzər Lənkəran" UEFA Kubokunun birinci təsnifat mərhələsində “Lex” ilə qarşılaşıb. Artıq tarixin yaddaşına köçmüş Lənkəran təmsilçisi Bakıda rəqibinə 0:1 hesabı ilə yenilib, "Lex"in yeganə qolunu hazırda Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski vurub. Poznandakı görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
2010/2011 mövsümündə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakı "İnter"i (hazırkı "Şamaxı") Poznan təmsilçisi ilə üz-üzə gəlib. Bakıda "Lex", Poznanda "Şamaxı" eyni hesabla qalib gəlib. Penaltilər seriyasında isə Poznan təmsilçisi rəqibini 9:8 hesabı ilə üstələyərək mərhələ adlayıb.

2012/2013 mövsümündə "Xəzər Lənkəran" daha bir dəfə "Lex"lə görüşüb. UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Lənkəranda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “ağ-yaşıllar” səfərdə minimal hesablı məğlubiyyətə üzülüb və mübarizəni dayandırıb. ("Futbol plus")