Azərbaycan kanoeçisi dünya kubokunda mübarizə aparacaq
- 05 May 2026 22:00
- 113
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçiriləcək dünya kubokunun birinci mərhələsində iştirak edəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.
Xatırladaq ki, kayak və kanoe üzrə dünya kuboku mayın 8-10-da təşkil olunacaq.