Azərbaycan para-üzgüçüsü Raman Saley Almaniyanın paytaxtı Berlində keçirilən para-üzgüçülük üzrə dünya seriyası yarışında gümüş medal qazanıb.

Rekord.az xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi 100 metrəyə arxasıüstə üsulu ilə üzmədə 01.01.09 nəticə göstərib.

29 yaşlı idmançı bu nəticə ilə ikinci yeri tutub.

Dünya seriyasında üç idmançı ilə təmsil olunan Azərbaycan millisi ümumilikdə 4 gümüş medal qazanıb.