Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

Rekord.az xəbər verir ki, 27 yaşlı idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıb. İdmançılar 7-8 iyulda Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər.