
Azərbaycan cüdoçusu Praqada ikinci oldu
- 06 İyl 2025 23:30
- 216
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın bir üzvü fəxri kürsüyə yüksəlib.
-100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.