Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Böyük Dəbilqənin bürünc medalını qazanıb.

Rekord.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci yarış günü kişilər arasında -100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Zelim üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Qennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.