Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandamız Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.


Bu barədə Rekord.az-a Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.


Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi 4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.