Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçirilən ölkə çempionatında fərdi yarışların qalibləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan fərdi yarışlarda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar bəlli olub.


Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Acelya Toprak (57 kq), kişilərin yarışında isə Murad Fətiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl medal qazanan idmançılar olub.


Dekabrın 1-də çempionatın komanda yarışları baş tutacaq.